Hindistanın “Cox & Kings” turizm agentliyi mövcud geosiyasi vəziyyət fonunda və ölkədəki əhval-ruhiyyəyə uyğun olaraq Azərbaycan, Özbəkistan və Türkiyəyə bütün turpaketlərin satışını dayandırmaq barədə qərar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Şirkət direktoru Karan Aqarval üstəlik bu istiqamətlərdə hindli səyahətçilərə də səfərlərdən çəkinməyi tövsiyə edib.
Başqa bir platforma olan "EaseMyTrip" səyahətçilərə xəbərdarlıq edib ki, Türkiyə və Azərbaycan Pakistana dəstək ifadə ediblər və müştərilərə bu ölkələrə səyahəti yalnız zəruri hallarda nəzərdən keçirmələri tövsiyə olunub.
“Travomint” şirkəti hətta Türkiyə və Azərbaycana turist paketlərinin satışını tamamilə dayandırdığını elan edib. Şirkət artan diplomatik gərginlik fonunda ölkələrə səyahətləri boykot etmək üçün ümummilli çağırışa dəstək verib.