• Bakı 20° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Çin və ABŞ danışıqlar zamanı gömrük rüsumlarının tətbiqini dayandıra bilərlər

DÜNYA

09 May 2025 | 21:35

Çin və ABŞ danışıqlar zamanı gömrük rüsumlarının tətbiqini dayandıra bilərlər

Çin və ABŞ hakimiyyətləri bu həftəsonu İsveçrədə keçiriləcək danışıqlar zamanı qarşılıqlı tətbiq etdikləri gömrük rüsumlarının qüvvəsini müvəqqəti olaraq dayandıra bilərlər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə İsveçrənin iqtisadiyyat naziri və vitse-prezidenti Qi Parmelen ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenlə Bern şəhərində keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib.

“Biz hər şeyi, o cümlədən danışıqlar zamanı qarşılıqlı şəkildə gömrük rüsumlarının dayandırılmasını da təsəvvür edə bilərik. Bu, tərəflərdən asılıdır”, – deyə Parmelen qarşıdan gələn danışıqların mümkün nəticələrini şərh edərkən bildirib.


SON XƏBƏRLƏR

09 May 2025