• Bakı 23° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Ukrayna 74 şirkətə sanksiya tətbiq etdi

DÜNYA

09 May 2025 | 20:46 | Müəllif: Subhan Mahmudov

Ukrayna 74 şirkətə sanksiya tətbiq etdi

Vladimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiyada və digər ölkələrdə qeydiyyatdan keçmiş 74 şirkətə qarşı sanksiyalarla bağlı qərarının qüvvəyə minməsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq qərar Ukrayna liderinin ofisinin saytında dərc olunub.

Sanksiyalar metallurgiya, maşınqayırma, təyyarə istehsalı və kimya müəssisələrinə, eləcə də bir sıra konstruktor bürolarına qarşı tətbiq edilib.

Siyahıya Rusiya müəssisələrindən əlavə Çin, İran və Özbəkistanda qeydiyyatdan keçmiş 7 xarici şirkət daxil edilib. Bundan əlavə, 58 nəfərə qarşı sanksiya tətbiq edilib.

Sanksiyalar 10 il müddətinə tətbiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026