Yanğınsöndürənlər Moskvanın şərqində keçmiş elektrik zavodunun binasında baş verən yanğını tam söndürüblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
***19:53
Moskvada keçmiş elektrik zavodunun binasında yanğının söndürülməsi istiqamətində səylər davam edir.
Bakıvaxtı.az-ın TASS-a istinadən verdiyi məlumata görə, indiyə qədər 90 nəfər xilas edilib.
***20:00
Rusiyanın paytaxtı Moskvada keçmiş elektrik zavodunun binasında yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, yanğınsöndürənlər 40 nəfəri xilas ediblər.
Rusiya Fövqəladə Hallar Nazirliyi qeyd edib ki, binada hələ də qalan insanlar var.