• Bakı 10° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Rəsmi Kişineudan Rusiyaya REAKSİYA

DÜNYA

11 Noyabr 2024 | 06:48

Rəsmi Kişineudan Rusiyaya REAKSİYA

“Rusiyanın iki pilotsuz uçuş aparatı (PUA) Moldovada qəzaya uğrayaraq ölkənin hava məkanını pozub”.

Bakıvaxtı.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Moldovanın xarici işlər naziri Mixail Popşoy X sosial şəbəkəsində məlumat verib.

“Ukraynanın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün istifadə edilən iki Rusiya PUA-sı bu gün Moldovada qəzaya uğrayaraq Moldova vətəndaşlarının həyatını təhlükəyə atıb və hava məkanımızı pozub”, - deyə nazir qeyd edib.

Popşoy əlavə edib ki, Moldova bu təcavüzkar işğalları qətiyyətlə pisləyir və Rusiyanın Ukraynaya qarşı amansız müharibəsini bir daha pisləyir.

Noyabrın 9-dan 10-na keçən gecə Rusiya yenidən dronlarla Ukraynaya hücum ediblər. Müdafiə qüvvələrinin səhər saatlarına olan məlumata görə, 62 pilotsuz uçan aparatı vurulub.

Ümumilikdə 145 PUA buraxılıb. Qeyd olunur ki, Rusiyanın 10 PUA-sı Moldova, Belarus və Rusiya Federasiyası istiqamətində Ukraynanın hava məkanını tərk edib.


SON XƏBƏRLƏR

12 Noyabr 2024