• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Kanadada ilk dəfə insanın quş qripinə yoluxması qeydə alınıb

DÜNYA

11 Noyabr 2024 | 08:07 | Müəllif: Subhan Mahmudov

Kanadada ilk dəfə insanın quş qripinə yoluxması qeydə alınıb

Kanadanın Britaniya Kolumbiyası əyalətində insanda H5 quş qripinə ilk yoluxma halı qeydə alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.

Xəstənin infeksiya mənbəyi və mümkün təmasları araşdırılır. Kanada rəsmiləri gəncin çox güman ki, xəstə quş və ya heyvanla təmasda olduğunu deyirlər.

Quş qripi ən çox vəhşi və ev quşlarını təsir edir. Bu yaxınlarda xəstəlik məməlilərdə də aşkar edilib. 2024-cü ildə ABŞ-da mal-qara arasında xəstəlik epidemiyası baş verib.

Alimlər deyirlər ki, insanlar nadir hallarda yoluxsa da, quş qripinə qarşı həssas növlərin sayının artması narahatlıq doğurur. Patogenin ötürülməsi daşıyıcı və ya çirklənmiş mühitlə sıx təmasda mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026