• Bakı 23° C

    5.46 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Amerika Kuboku: Uruqvay və Panamadan qələbə

İDMAN

02 Iyul 2024 | 09:40

Amerika Kuboku: Uruqvay və Panamadan qələbə

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, C qrupunda mübarizəyə yekun vurulub.

III turun matçlarında Uruqvay meydan sahibi ABŞ-ni (1:0), Panama isə Boliviyanı (3:1) məğlub edib. "Turan Tovuz"un panamalı legioneri Roderik Miller bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu nəticələrdən sonra Uruqvay 9, Panama isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla üçüncü olubsa, Boliviya turniri xalsız başa vurub.

Qeyd edək ki, turnir iyulun 14-də yekunlaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026