• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

"Sabah" - "Makkabi" oyununa 6500 bilet satıldı

İDMAN

01 Avqust 2024 | 00:21 | Müəllif: Subhan Mahmudov

"Sabah" - "Makkabi" oyununa 6500 bilet satıldı

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən qarşılaşmaya 6500 bilet satılıb.

Biletləri "iticket.az" saytından, həmçinin "Bank Respublika Arena" stadionunun kassalarından, "iticket"in "28 Mall" və "Gənclik Mall"dakı satış məntəqələrindən əldə etmək mümkündür.

Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Azərbaycan klubu 3:0 hesablı qələbə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR