Fransanın paytaxtı Parisdə təşkil olunan Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən paraatıcı Kamran Zeynalov finala vəsiqə qazana bilməyib.
Bakıvaxtı.az xəbər verir ki, 10 metr məsafəyə atəşaçma yarışının seçmə mərhələsində 559 xal toplayan milli üzvü 26 idmançı arasında 14-cü olub.
Qeyd edək ki, Paris-2024-ə sentyabrın 8-də yekun vurulacaq.
















