• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Atıcılıq millimiz dünya çempionatında gümüş medal qazandı

İDMAN

29 Sentyabr 2024 | 09:30 | Müəllif: Subhan Mahmudov

Atıcılıq millimiz dünya çempionatında gümüş medal qazandı

Atıcılıq üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilən gənclər arasında dünya çempionatında gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Zeynəb Sultanova, Leyli Əliyeva və Sofiya Barxalovadan ibarət yığma fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Onlar 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada fərqləniblər.

Birinci yerə Hindistan təmsilçiləri sahib çıxıblar.

Qeyd edək ki, yarış oktyabrın 7-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026