• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

İdmançımız Avropa çempionu oldu - FOTOLAR

İDMAN

29 Oktyabr 2024 | 08:55 | Müəllif: Qalib İbrahimoğlu

İdmançımız Avropa çempionu oldu - FOTOLAR

Londonda kikboksinq üzrə ənənəvi "Immortal Champions" (Ölməz çempionlar) döyüş turniri keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Britaniya Azərbaycanlıları Assosiasiyasının və "Immortal Champions" idman təşkilatının rəhbəri Hafiz Baxşəliyevin təşkilatçılığı ilə baş tutan turnir 8 Noyabr – Zəfər Gününə həsr edilib.

İdman yarışında Konqodan olan Tresor Pupanqa polşalı rəqibi Patrik Czarta qalib gələrək “Immortal Champions”un Britaniya çempionu titulunu qazanıb.

Turnirin əsas diqqət mərkəzində olan döyüşlərdən biri azərbaycanlı idmançı Hüseyn Mustafazadə ilə niderlandlı Coi Klijenburq arasında baş tutub. Hüseyn Mustafazadə yüksək əzmkarlıq göstərərək rəqibinə qalib gəlib və "Immortal Champions"un Avropa çempionu titulunu qazanıb.

İdmançımız bu qələbəsini Vətən müharibəsində əldə olunan tarixi zəfərə həsr etdiyini bildirib.


İdmançımız Avropa çempionu oldu - FOTOLARİdmançımız Avropa çempionu oldu - FOTOLARİdmançımız Avropa çempionu oldu - FOTOLARİdmançımız Avropa çempionu oldu - FOTOLARİdmançımız Avropa çempionu oldu - FOTOLARİdmançımız Avropa çempionu oldu - FOTOLARİdmançımız Avropa çempionu oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026