• Bakı C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.7813

    RUB - 1.6139

O, "Qarabağ"da çox təhlükəli futbolçudur - Veretu

İDMAN

27 Noyabr 2024 | 19:24

O, Qarabağda çox təhlükəli futbolçudur - Veretu

"Qarabağ" çox yaxşı komandadır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının futbolçusu Jordan Veretu UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O, Ağdam klubunun yaxşı hücum xəttinə sahib olduğunu bildirib:

"Qarabağ"ın futbolçuları rəqib qapısı önündə hər an təhlükəli epizodlar yaratmağı bacarır. Vaxtilə "Lion"da oynamış Yassin Benzia indi bu komandanın heyətində çıxış edir. Çox təcrübəli və təhlükəli futbolçudur".

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”–“Lion” matçı saat 21:45-də başlayacaq.


SON XƏBƏRLƏR

27 Noyabr 2024