• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Çempionlar Liqası: “Liverpul” “Real”ı məğlub etdi

İDMAN

28 Noyabr 2024 | 02:00 | Müəllif: Subhan Mahmudov

Çempionlar Liqası: “Liverpul” “Real”ı məğlub etdi

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna bu gün yekun vurulub.

Bakıvaxtı.az  xəbər verir ki, günün maraqlı qarşılaşmalarından biri İngiltərədə baş tutub.

“Liverpul” doğma meydanda İspaniya təmsilçisi “Real”a iki cavabsız qol vurub. “Yuventus” (İtaliya) səfərdə “Aston Villa” (İngiltərə) ilə sülhə razılaşıb. Almaniya təmsilçisi “Borussiya” (Dortmund) isə Xorvatiyada “Dinamo” üzərində inamlı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

V tur

27 noyabr

21:45. "Srvena Zvezda" (Serbiya) - "Ştutqart" (Almaniya) 5:1

21:45. "Şturm" (Avstriya) - "Jirona" (İspaniya) 1:0

00:00. "Liverpul" (İngiltərə) - "Real" (İspaniya) 2:0

00:00. PSV (Niderland) - "Şaxtyor" (Donetsk, Ukrayna) 3:2

00:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Borussiya" (Dortmund, Almaniya) 0:3

00:00. "Seltik" (Şotlandiya) - "Brügge" (Belçika) 1:1

00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya) 2:3

00:00. "Aston Villa" (İngiltərə) - "Yuventus" (İtaliya) 1:0

00:00. "Bolonya" (İtaliya) - "Lill" (Fransa) 1:2

Qeyd edək ki, UEFA Çempionlar Liqasında VI tura dekabrın 10-da start veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026