• Bakı 20° C

    5.57 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Mahir Emreli komanda yoldaşı ilə dalaşıb? - Açıqlama

İDMAN

28 Sentyabr 2024 | 17:08

Mahir Emreli komanda yoldaşı ilə dalaşıb? - Açıqlama

Mahir Emrelinin "Nürnberq"də onu təhqir edən komanda yoldaşı ilə dalaşması barədə məlumat yayılıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, millimizin hücumçusunun Yannik Hofmann və Finn Elçlə mübahisə etdiyi deyilir.

Məlumata görə, futbolçumuz Finnlə yüngül sözləşib, Hofmanna isə Emreliyə məşq zamanı sərt oyununa görə narazılığını bildirib. Bundan sonra, əsəbiləşən Yannik Hofmann Emrelini ingilis dilində təhqir edib.

Məsələ ilə bağlı açıqlama verən Mahir Emrelinin meneceri Elnurə Emreli xəbərin əsassız olduğunu bildirib:

"Mahir ilə əlaqə saxladım. O, komanda yoldaşı ilə dalaşmadığını, yayılan xəbərlərin isə tamamilə yalan olduğunu dedi. Mahirin komanda yoldaşları ilə arası olduqca yaxşıdır və "Hannover 96" ilə görüş üçün hazırlıqlarını davam etdirirlər".


SON XƏBƏRLƏR