• Bakı 19° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

"Everton"dan  "Marsel"ə

İDMAN

30 Avqust 2024 | 15:25

"Everton"dan "Marsel"ə

İngiltərənin "Everton" klubunun hücumçusu Nil Mope Fransa təmsilçisi "Marsel"ə keçib.

Bakıvaxtı.az Marsel klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu yeni komandasında 2024/2025 mövsümündə icarə əsasında oynayacaq.

İcarə müddəti bitdikdən sonra Fransa klubu hücumçunu satın ala biləcək. 28 yaşlı futbolçu yeni komandasında 32 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, N.Mope ötən mövsüm "Everton" klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 34 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Noyabr 2026