q
  • Bakı 10° C

    0.54 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıb

İDMAN

30 Avqust 2024 | 17:15

Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıb

Rusiyanın Çita şəhərində keçirilən gənc boksçular arasında beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 medalla başa vurub.

Bakıvaxtı.az bu barədə Azərbaycan Boks Federasiyasının məlumatına istinadla xəbər verir.

Bildirilib ki, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi komandada Məhəmmədəli Qasımzadə gümüş, Tağı Nəsibov (hər ikisi 60 kq) bürünc mükafat qazanıb. Qasımzadə, həmçinin turnirin ən əzmkar boksçusu seçilib.

Qeyd edək ki, turnirdə 16 ölkədən 120 boksçu mübarizə aparıb.


SON XƏBƏRLƏR

03 May 2026