• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şahin Diniyev: "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır

İDMAN

30 Avqust 2024 | 22:14 | Müəllif: Subhan Mahmudov

Şahin Diniyev: "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır

"Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının V turun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis rəqib komandanı qələbə münasibəti ilə təbrik edib:

"Rəqibi təbrik edirəm. "Turan Tovuz" nəticəyə oynamağı bacaran komandadır. Birinci hissədə rəqib, ikinci hissədə isə biz yaxşı oynadıq. Futbolçularımla fəxr edirəm. Əlimizə düşən fürsətləri qola çevirə bilmədik. Maraqlı oyun alındı, son dəqiqəyə kimi mübarizə getdi. Bu gün 1 xala layiq idik. Amma artıq gecdir. Oyundan-oyuna daha yaxşı olacağıq".

Qeyd edək ki, ölkə çempionatının V turunda "Səbail" səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026