Amerikalı tədqiqatçı NASA zondunun görüntüləri sayəsində Ayın səthində bu yaxınlarda əmələ gələn nəhəng bir krater kəşf edib.
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, alimlərin fikrincə , bu, yalnız əsrdə bir dəfə baş verən hadisədir. NASA-nın məlumatına görə, məşhur ay geofizikinin şərəfinə “McGetchin” adlandırılan bu 222 metr diametrli kraterin 2024-cü ilin yazında Ay səthinə kometa və ya asteroidin düşməsi nəticəsində yarandığı güman edilir. Görüntülərdə tünd halo ilə əhatə olunmuş parlaq bir nöqtə kimi görünən bu krater, Günəş sistemində indiyə qədər müəyyən edilmiş ən böyük yeni əmələ gəlmiş kraterdir.
Aydın
















