• Bakı 16° C

    1.48 m/s

Ana aşağı qiymət alan uşaqlarına işgəncə verdi

DÜNYA

09 Sentyabr 2023 | 01:05 | Müəllif: Subhan Mahmudov

Ana aşağı qiymət alan uşaqlarına işgəncə verdi

Kamçatkada müstəntiqlər iki uşağa işgəncə verməkdə şübhəli bilinən anaya qarşı cinayət işi açıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə rayon üzrə İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qadın 2019-cu ilin yanvarından 2023-cü ilin may ayına qədər 2013 və 2015-ci il təvəllüdlü oğullarını dərslərindən aşağı qiymətlər aldıqları üçün döyüb. Maarifləndirmə tədbirləri adı altında öz övladlarına fiziki və mənəvi əziyyətlər verib.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Uşaqlar ailədən çıxarılaraq sosial müəssisəyə yerləşdirilib./lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Oktyabr 2026