• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden Netanyahu ilə danışdı, komandasına əmr verdi

DÜNYA

08 Oktyabr 2023 | 23:16 | Müəllif: Subhan Mahmudov

Bayden Netanyahu ilə danışdı, komandasına əmr verdi

İsrail Baş naziri Benyamin Netanyahu və ABŞ Prezidenti Co Bayden arasında bir gün ərzində ikinci telefon danışığı baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb.

Netanyahunun ofisinin mətbuat xidmətindən verilən məlumata görə, Bayden İsrailə davamlı dəstəyini vurğulayıb.

Bildirilib ki, Bayden HƏMAS qruplaşmasının İsrailə hücumu ilə bağlı dünəndən bəri artıq iki bəyanat verib.

“Mən, həmçinin, İordaniya Kralı ilə əlaqə saxlamışam, Konqres üzvləri ilə danışmışam, milli təhlükəsizlik üzrə komandama israilli həmkarları ilə ordudan orduya, kəşfiyyatdan kəşfiyyata, siyasətdən siyasətə - İsrailin ehtiyac duyduğu hər şeyə sahib olduğundan əmin olmaq üçün göstəriş vermişəm.

Həmçinin komandama Misir, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, İordaniya, Oman, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də avropalı tərəfdaşlarımız və Fələstin muxtariyyəti də daxil olmaqla, regionun liderləri ilə daimi əlaqə saxlamağı tapşırmışam", - Bayden bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026