• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Prezidenti Özbəkistana gedir

DÜNYA

07 Noyabr 2023 | 21:27 | Müəllif: Subhan Mahmudov

Türkiyə Prezidenti Özbəkistana gedir

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək üçün 8-9 noyabr 2023-cü il tarixlərində Özbəkistana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, noyabrın 9-da keçiriləcək sammitin iclasında çıxış edəcək Ərdoğan, toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirəcək.

Sammit çərçivəsində Türkiyənin qurucu üzvü olduğu qurumun fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət, nəqliyyat şəbəkələri və əlaqələrin yaxşılaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026