• Bakı 7° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Qəzzada ölənlərin sayı 17 mini keçdi

DÜNYA

07 Dekabr 2023 | 20:23 | Müəllif: Subhan Mahmudov

Qəzzada ölənlərin sayı 17 mini keçdi

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 17 min 177-yə yüksəldiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra deyib. İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən bu yana davam edərkən, insan itkiləri günü-gündən artır. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayının 17 min 177, yaralıların sayının isə 46 minə çatdığını bildirib. Əl-Qudra İsrailin son 24 saatda təşkil etdiyi hücumlarda 350 nəfərin həyatını itirdiyini, 1900 nəfərin isə yaralandığını açıqlayıb.

Əl-Qudra, yaralıların yüzdə birindən azının oktyabrın 7-dən müalicə üçün Misirə təxliyə edildiyini bildirib.

Qəzza zolağının şimalında səhiyyə sisteminin demək olar ki, tamamilə çökdüyünü bildirən əl-Qudra, Şifa xəstəxanasının yenidən fəaliyyətə başlaması üçün səylərin davam etdiyini və Şifa xəstəxanasının direktoru da daxil olmaqla 36 tibb işçisinin hələ də İsrail qüvvələri tərəfindən nəzarətdə saxlanıldığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR