• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə "HÜRKUŞ-2" hücum təyyarəsini təqdim etdi

DÜNYA

06 Yanvar 2024 | 17:16 | Müəllif: Subhan Mahmudov

Türkiyə "HÜRKUŞ-2" hücum təyyarəsini təqdim etdi

"Türk Havaçılıq Uzay Sanayi" şirkəti "HÜRKUŞ-2" adlı yeni nəsil təlimçi və yüngül hücum təyyarəsini təqdim edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu təyyarə əsas və təkmil qırıcı pilot hazırlığı, eləcə də çətin mühitlərdə hava dəstəyi missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.

Hazırlanan bu təyyarə xaricdə, xüsusilə Afrika ölkələrində diqqəti cəlb edir.

Şirkət, həmçinin Hərbi Hava Qüvvələrinin döyüş atəşinə dəstək qrupları və hava hərəkəti dispetçerlərinin ixtisaslarının artırılması tədbirləri üçün "HÜRKUŞ Air Ground Integration" variantını yaratmışdır.

Yeni təyyarənin aşağı əməliyyat xərcləri və qabaqcıl avionika sistemləri sayəsində əhəmiyyətli imkanlar gətirəcəyi gözlənilir.

"Türk Havacılık Uzay Sanayi" şirkəti Türkiyə Hərbi Hava Qüvvələrinin 122-ci Əsas Uçuş Təlim Eskadrilyasına 55 təkmilləşdirilmiş "HÜRKUŞ-2" təyyarəsini təhvil verməyi planlaşdırır. İlk uçuşun iyun ayında baş tutacağı gözlənilir.TurkicWorld


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026