Ukrayna tərəfi Gürcüstanda və ya xaricdə terror aktı üçün ölkə ərazisindən istifadə etməyə cəhd edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bəyan edib.
“Sözügedən işin təfərrüatları və faktiki vəziyyət belə bir şübhə yaratmağa əsas verir ki, Gürcüstan ərazisindən istifadə və Gürcüstan vətəndaşlarının bu prosesə geniş şəkildə cəlb olunması, həyata keçiriləcək terror aktlarında Gürcüstanın günahkar olacağı fikrini formalaşdırıb”, - DTX qeyd edib.
Qeyd edək ki, Gürcüstanda içərisində 6 partlayıcı qurğu olan yük saxlanılıb. Rəsmilər yükün terror aktı üçün Odessadan Voronejə göndərildiyini açıqlayıb. Mallar Gürcüstana yanvarın 19-da gəlib. Kəşfiyyat xidməti əlavə edib ki, partlayıcı maddələr Rumıniya, Bolqarıstan və Türkiyə ərazisindən gətirilib.
Əvvəllər bildirilirdi ki, terror aktları üçün Rusiyaya partlayıcıların daşınmasının təşkilatçısı Vladimir Zelenskinin partiyasından olan ukraynalı deputat Andrey Şaraşidze ola bilər.
Mina Mikayılova
















