• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Avdeyevkada nə qədər adam qalıb?

DÜNYA

06 Mart 2024 | 14:25

Avdeyevkada nə qədər adam qalıb?

Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin Rusiyanın nəzarətinə keçməsindən sonra şəhərdə qalan əhalinin sayı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Marat Xusnullin deyib.

O, hazırda Avdeyevka şəhərində minə yaxın insan yaşadığını söyləyi:

"Mən Avdeyevkada idim, orada minə yaxın insan yaşayır. Mənə maraqlı idi ki, biz Avdeyevkanı qədər tez bərpa edə bilərik və onu qışa necə tez hazırlaya bilərik... Baxdıq, orada dəhşətli heç nə yoxdur. Təmas xətti oradan uzaqlaşdırıldıqdan sonra biz şəhərdə hər şeyi tez bərpa edəcəyik”, - deyə Xusnullin Soçidə keçirilən Ümumdünya Gənclər Festivalı çərçivəsində “Bilik. Birinci” marafonunda çıxış edərkən bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026