Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə qərar rəsmi qəzetdə dərc olunub.
Məlumata görə, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.
Qeyd edək ki, Rusiya bu müqavilədən 2023-cü ildə imtina edib.
















