• Bakı 14° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Rusiya bu raketlərlə hücum edərsə, sağ qalacağıq

DÜNYA

05 May 2024 | 09:34

Rusiya bu raketlərlə hücum edərsə, sağ qalacağıq

Polşa hakimiyyəti ölkədə nüvə silahı yerləşdirərsə, öz əhalisini riskə atmış olar, çünki bu cür addımlar Rusiyanın cavabı ilə nəticələnə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Myśl Polska" qəzetinin analizində qeyd edilib.

"Mövcud vəziyyəti nəzərə alaraq çox açıq sual vermək lazımdır: Polşa və onun sakinləri ölkə ərazisində yerləşdirilmiş Amerika nüvə silahlarına Rusiyanın nüvə başlıqlı raketlərinin kütləvi hücumundan sonra necə olacaq? Polşa necə görünəcək? Biz xalq olaraq sağ qala bilərikmi?" - məqalədə bildirilib.

Qeyd edək ki, Polşa Prezidenti Duda “Fakt” qəzetinə müsahibəsində bildirib ki, lazım gələrsə, Polşa NATO-nun nüvə başlıqlarını ölkə ərazisində yerləşdirməyə hazırdır.


SON XƏBƏRLƏR