• Bakı 20° C

    1.66 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

İmran Xana bəraət verildi

DÜNYA

04 Iyun 2024 | 09:02 | Müəllif: Subhan Mahmudov

İmran Xana bəraət verildi

İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri, müxalif "Ədalət Hərəkatı" (ƏH) partiyasının lideri İmran Xana, eləcə də keçmiş xarici işlər naziri Şah Mehmud Qureşiyə dövlət sirrini açıqlanması ittihamı üzrə bəraət qazandırıb.

Bakıvaxtı.az xəbər verir ki, İslamabad rayon məhkəməsi hər iki siyasətçiyə qarşı 2022-ci ilin payızında ƏH fəallarının hökumət əleyhinə yürüşü zamanı vandalizm aktları təşkil etmək ittihamını ləğv edib.

2024-cü ilin yanvarında İmran Xan və Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaqda ittiham edilərək hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib. Fevralın əvvəlində məhkəmə keçmiş baş nazir və onun həyat yoldaşını qeyri-qanuni nikaha daxil olmaqda təqsirli bilib və onları yeddi il müddətinə azadlıqdan məhrum edib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026