• Bakı 15° C

    2.27 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İran bu AES-in “nüvə adası”nın inşasına başlayır

DÜNYA

05 May 2024 | 14:00

İran bu AES-in “nüvə adası”nın inşasına başlayır

İran bu ilin payızında “Karun” AES-in “nüvə adasının” tikintisinə başlamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

“Allahın köməyi ilə bu il “Karun” atom elektrik stansiyasının "nüvə adasına" ilk beton tökmə işləri həyata keçiriləcək. Bunun payıxda baş tutacağəna ümid edirəm”, - İslami bildirib.

Qeyd edək ki, “Nüvə adası” atom elektrik stansiyasında nüvə reaktorunun işləməsini təmin edən bina və tikililər kompleksidir.

“Nüvə adasının” bünövrəsinə beton tökmək təkcə reaktor binasının deyil, həm də AES-in bütün enerji blokunun tikintisinə tam başlamaq deməkdir.


SON XƏBƏRLƏR