• Bakı 14° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İsveçrədəki sülh sammitini 4 min əsgər qoruyacaq

DÜNYA

04 Iyun 2024 | 13:02 | Müəllif: Subhan Mahmudov

İsveçrədəki sülh sammitini 4 min əsgər qoruyacaq

Dünəndən etibarən İsveçrə ordusu Bürgenstokda keçiriləcək Qlobal Sülh Sammitinin təhlükəsizliyini təmin etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsveçrə mətbuatı məlumat yayıb.

“İyunun 5-dən 19-dək ölkənin silahlı qüvvələrinin dörd minə qədər üzvü təhlükəsizlik, müşahidə, komanda dəstəyi və maddi-texniki təminat daxil olmaqla, müxtəlif tapşırıqların yerinə yetirilməsinə köməklik göstərəcək. Rəsmilər həmçinin hava məkanının mühafizəsini təmin etmək üçün tədbirləri gücləndirirlər. Nidvalden kantonunun tələbi ilə hökumət hava məkanına məhdudiyyətlər tətbiq edib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, sammit 15-16 iyun tarixlərində keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026