• Bakı 30° C

    6.47 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0191

İqtisadi əlaqələr ŞƏT ölkələri üçün dividendlər gətirir – Putin

DÜNYA

04 Iyul 2024 | 12:12

İqtisadi əlaqələr ŞƏT ölkələri üçün dividendlər gətirir – Putin

ŞƏT məkanında sıx iqtisadi əlaqələr assosiasiya üzvlərinə dividendlər gətirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

O qeyd edib ki, sıx iqtisadi əlaqələr bütün iştirakçılara aşkar dividendlər gətirir:

“Faktlar bunu göstərir. Belə ki, ötən il təşkilatımızın üzvü olan ölkələrin ÜDM-in orta artımı 5%-dən çox, sənaye istehsalı 4,5%, inflyasiya isə - cəmi 2,4%, eyni zamanda, Rusiyanın ŞƏT ölkələri ilə ticarət dövriyyəsi dörddə bir artıb”, - deyə Putin assosiasiya üzvlərinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bildirib.

O əlavə edib ki, ŞƏT-in 2035-ci ilə qədər strategiyasının hazırlanmasına dair qərar layihəsində təkcə siyasi və təhlükəsizlik sahələrində deyil, həm də iqtisadiyyat, energetika, kənd təsərrüfatı, yüksək texnologiyalar və innovasiya sahələrində qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi perspektivləri müəyyən edilib.

Günel Abbas


SON XƏBƏRLƏR

06 Iyul 2024