Venesuelanın Prezidenti Nikolas Maduro ölkədə baş vermiş iğtişaşaların nəticələri ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, o, öz çıxışında baş verən hadisələr nəticəsində 2 hərbçinin öldüyünü qeyd edib.
Bildirib ki, onlara xüsusi amansızlıqla zorakılıq tətbiq edilib.
Qeyd edilib ki, bu nümayişlər vandallıq aktı hesab edilməlidir və günahkarlar cəzalandırılmalıdır:
"Bu vandalizm dinc nümayişlərlə izah edilə bilməz. 20-dən çox ibtidai məktəb, 34 lisey, universitet, xəstəxana, supermarket, 30 təcili yardım maşını və 200-ə yaxın polis maşını hücuma məruz qalıb.",- Maduro diqqətə çatdırıb.