• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Almaniyada ifrat sağçılar ilk dəfə lider oldu

DÜNYA

02 Sentyabr 2024 | 09:10 | Müəllif: Qalib İbrahimoğlu

Almaniyada ifrat sağçılar ilk dəfə lider oldu

Almaniyanın Türingiya əyalətində parlament seçkiləriylə əlaqədar keçirilən exir-pollun nəticələri açıqlanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, nəticələrə görə, ifrat sağçılar İkinci Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq əyalət parlamenti seçkilərində birinci yeri tutublar.

Almaniyanın Birinci Televiziyası xəbər verir i, açıqlanan ilk exit-poll nəticələrinə görə, ifrat sağçı populist AfD 1,66 milyon seçicinin olduğu Türingiya əyalətində 30,8 faiz səslə birinci yerdədir.

AfD 2019-cu il seçkiləri ilə müqayisədə səslərini 7,4 bal artıraraq, İkinci Dünya Müharibəsindən sonra Almaniyada keçirilən əyalət parlamenti seçkilərində ilk dəfə ifrat sağçı partiyanın birinci yeri tutub.

24,5 faiz səslə ikinci olan CDU əvvəlki seçkilərlə müqayisədə səsini 2,8 bal artırıb.

Sol Partiyadan ayrılan "Sahra Vaqenknext Alyansı - Anlaşma və Ədalət Uğrunda" (BSW) Partiyasının ilk seçkilərində 15,8 faiz səs toplaması diqqət çəkirdi.

Türingiya əyalətində 18,6 xal itirən Sol Partiya 12,4 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Olaf Şolzun Sosial Demokrat Partiyası əvvəlki seçkilərlə müqayisədə 1,2 xal itirərək 7 faiz səs toplayıb, hökumət ortağı Yaşıllar Partiyası isə 4 faizlə parlamentə daxil ola bilməyib.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026