• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ gəmiləri İran raketlərini məhv etdi

DÜNYA

02 Oktyabr 2024 | 00:35 | Müəllif: Subhan Mahmudov

ABŞ gəmiləri İran raketlərini məhv etdi

İran İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Ağ Ev əlavə edib ki, ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf olunmasında iştirak edib.

Qeyd edilir ki, ABŞ İranın zərbəsi nəticəsində İsraildəki hərbi və ya strateji hədəflərdə hər hansı ölüm olması və ya zərər dəyməsi barədə məlumatlı deyil. Ağ Ev bildirib ki, ABŞ İranın İsrailə hücumunu ciddi eskalasiya hesab edir və mümkün müvafiq, növbəti addımları öyrənir.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR