Ermənistanda etiraz aksiyası keçirilib.
Bakıvaxtı.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, aksiya bu gün 9 müxalifət fəalının həbsinə etiraz olaraq baş tutub. Ovannes Avetisyan, Vigen Azatyan, fəallar Hayk Nikoqosyan, Aqvan Arşakyan, Nikolay Köçəryan, Muşeq Navasardyan, Artyom Xaçatryan, Ara Mkrtçyan və Mikael Ohanyan qanunsuz silah saxlamaqda ittiham olunaraq saxlanılıblar.
Aksiya iştirakçıları “Qanunsuz həbslərə yox!”, “Saxlanılanlara azadlıq!”, “Biz ədalət tələb edirik!”, "Azadlıq!", "Siyasi məhbuslara azadlıq!" şüarlarını səsləndiribblər.
Etirazçılar noyabrın 1-də Ermənistan Ombudsmanının ofisində növbəti etiraz aksiyası keçirmək niyyətindədirlər. Vəkil Arsen Babayan bildirib ki, yaxın saatlarda saxlanılan fəallarla bağlı istintaq hərəkətləri aparılacaq.