• Bakı 14° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8441

    RUB - 0.0175

Orban bəzi avropalı siyasətçiləri axmaq adlandırıb

DÜNYA

31 Oktyabr 2024 | 23:43

Orban bəzi avropalı siyasətçiləri axmaq adlandırıb

Macarıstanın Baş naziri Viktor Orban avropalı siyasətçilərin Moskva ilə danışıqlara getmək istəməməsini barbarlıq hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, Vyanada “Weltwoche” nəşrinə bildirib.

“Bizə danışıqlar lazımdır. Çox nadir hallarda rabitəsiz müharibələr olur. Bu diplomatik baxımdan barbarlıqdır. Avropanın (Avropalı siyasətçilər - Qeyd) Rusiya ilə danışıqların olmaması ilə kifayətlənməsi barbarlıq və axmaqlıqdır”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna öz məqsədinə nail ola bilməyəcək və vəziyyət hər gün daha da pisləşir:

“Ağıllı analitik deyəcək ki, Ukrayna qalib gələ bilməz. Düşüncəli adam deyəcək ki, dayanıb atəşkəsə nail olmaq lazımdır”.


SON XƏBƏRLƏR

31 Oktyabr 2024