• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Hizbullah" lideri: "Müharibəni aylarla davam etdirməyə hazırıq"

DÜNYA

01 Noyabr 2024 | 01:12 | Müəllif: Subhan Mahmudov

"Hizbullah" lideri: "Müharibəni aylarla davam etdirməyə hazırıq"

"Hizbullah"ın yeni baş katibi Nəim Qasım ilk çıxışında bildirib ki, onun planı Beyrutun cənub ətraflarında, İsrailin hava zərbələri nəticəsində öldürülən keçmiş baş katib Həsən Nəsrullahın yolunu davam etdirməkdir.

Bakıvaxtı.az xəbər verir ki, "Azad İran" "Telegram" kanalı bu barədə "Əl-Ərəbiyyə" kanalına istinadən xəbər verib.

Onun sözlərinə görə, "Hizbullah" Həsən Nəsrullahın tərtib etdiyi müharibə planını həyata keçirməyə davam edəcək.

"İran bizim hərəkatı dəstəkləyir, lakin biz onun adından döyüşmürük. Biz öz torpağımızda döyüşürük və heç kim bizdən heç nə istəmir. Biz müharibəni günlərlə, həftələrlə və aylarla davam etdirməyə hazırıq", - deyə Nəim Qasım vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026