• Bakı C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.7969

    RUB - 1.5741

Gürcüstanla strateji tərəfdaşlığı dayandırdıq - Miller

DÜNYA

01 Dekabr 2024 | 00:05

Gürcüstanla strateji tərəfdaşlığı dayandırdıq - Miller

ABŞ hakimiyyəti Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Onun sözlərinə görə, bu qərar hakim Gürcü Arzusu Partiyası tərəfindən Tiflisin Avropa Birliyinə (AB) üzvlüyünün dayandırılması fonunda verilib.

O vurğulayıb ki, AB Kreml qarşısında istehkamdır.

“Biz öz konstitusiyasına xəyanətə haqlı olaraq etiraz edən gürcülərə qarşı həddindən artıq güc tətbiqini pisləyirik. Ona görə də Gürcüstanla strateji tərəfdaşlığımızı dayandırdıq”, - Miller qeyd edib.

Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra Tiflisdə aksiyalar başlayıb. 3 gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.

Aksiyalara Prezident Zurabişvili də ciddi dəstək verir.


SON XƏBƏRLƏR

01 Dekabr 2024
30 Noyabr 2024