İndoneziyada seçki izdihamına tab gətirə bilməyən körpü uçub, 7 nəfər ölüb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, İndoneziyada yerli icra hakimiyyətinə namizədin seçki kampaniyası zamanı izdihamın ağırlığına tab gətirə bilməyən köhnə körpünün uçması nəticəsində ilkin məlumatlara görə 7 nəfər ölüb, onlarla insan yaralanıb.
“Jakarta Globe” qəzetinin məlumatına görə, seçki kampaniyası çərçivəsində Banda adalarına səfər edən Andi Munasviri qarşılamağa çoxlu tərəfdarlarının gəldiyi dəniz kənarındakı körpü uçub.