• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yaponiya sahillərində güclü zəlzələ 

DÜNYA

30 Noyabr 2024 | 14:12

Yaponiya sahillərində güclü zəlzələ

Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə güclü zəlzələ qeydə alınıb. Onun mənbəyi 40 km dərinlikdə yerləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Zəlzələnin episentri Hirara şəhərindən 93 km şimal-şərqdə yerləşib. Burada 34,3 minə yaxın insan yaşayır.

Bununla bağlı tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi seysmoloqlar tərəfindən təsdiqlənmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026