İranın cənub-şərqində, Sistan və Bəlucistan əyalətində İnqilab Keşikçiləri Qvardiyası (Sepah) ilə “Ceyş əl-Ədl” silahlıları arasında qarşıdurma olub.
Bakıvaxtı.az “Mehr”ə istinadən xəbər verir ki, bunu 110-cu Salman Farsi Xüsusi Əməliyyat Briqadasının komandiri, ikinci briqada generalı Məhəmməd Hüseyni bildirib.
Onun sözlərinə görə, silahlı qarşıdurma nəticəsində "Ceyş əl-Ədl" qruplaşmasının xeyli silahlısı öldürülüb.
Məhəmməd Hüseyni vurğulayıb ki, Sepahın Quru Qoşunlarının “Komando” Bölməsi İranın müxtəlif bölgələrində “antiterror əməliyyat”ı keçirib.
O qeyd edib ki, “Sepahın təhlükəsizlik şəhidləri” əməliyyatı zamanı qvardiyanın quru qüvvələri qanunsuz silahlı qruplaşmanın bir neçə sığınacağını məhv edib.




jpg-1738139636.webp)



jpg-1738137979.webp)


jpg-1738136612.webp)

jpg-1738136193.webp)


