• Bakı 22° C

    2.57 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Meksika immiqrantları şərtlərlə qəbul edəcək

DÜNYA

29 Yanvar 2025 | 12:21

Meksika immiqrantları şərtlərlə qəbul edəcək

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-dən deportasiya ediləcəyi gözlənilən minlərlə qeyri-qanuni immiqrantın vəziyyəti ilə bağlı açıqlamalar verib.

Bakıvaxtı.az
bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, Şeynbaum ABŞ-dan deportasiya edilən öz vətəndaşlarını qəbul etdiklərini, lakin digər ölkələrin vətəndaşlarının Meksikaya göndərilməsi üçün təhlükəsiz üçüncü ölkə olmaq istəmədiklərini vurğulayıb.

"Başqa ölkələrin vətəndaşlarının Meksikaya göndərilməsi halında davamlı ünsiyyətdəyik. Meksikalılar olaraq, biz də meksikalılar kimi heç kəsi tərk etmirik",- deyə bildirib.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026