Böyük Britaniyada tibb bacısı onu çaya dəvət etməyən həmkarını məhkəməyə verib.
Bakıvaxtı.az bu barədə xarici KİV-ə istiadla xəbər verir.
Məlumata görə, Böyük Britaniyada tibb bacısı Syuzen Hamilton iş yoldaşı Abdul Nayekin onu səhər çayına dəvət etmədiyini və iclaslarda görməzdən gəldiyini iddia edərək məhkəməyə müraciət edib.
O, bu münasibətin 2018-ci ildə aralarında baş verən fikir ayrılığından sonra başladığını bildirib. 2019-cu ildə stress səbəbindən işini tərk edən Hamilton, 2021-ci ildə xəstəxananın şikayətlərinə yanaşma tərzinə etiraz edərək yenidən məhkəməyə üz tutub.
Məhkəmə, xəstəxana rəhbərliyinin problemi həll etmək üçün kifayət qədər tədbir görmədiyini əsas gətirərək ona 41 min funt sterlinq təzminat ödənilməsinə qərar verib.
Nuriyyə Musayeva
Çaya dəvət olunmadı- 41 min təzminat qazandı
DÜNYA
28 Fevral 2025 | 09:16

SON XƏBƏRLƏR
09:47
16 Oktyabr 2026












jpg-1743273116.webp)


