• Bakı 14° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

KİV: Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib

DÜNYA, CƏMİYYƏT

28 Fevral 2025 | 10:45

KİV: Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib

Mənzilində oğurluq baş verməsi nəticəsində Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryana təxminən 50 min dollar məbləğində ziyan dəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, oğrular onun evinə qapını xüsusi açarla açaraq daxil olublar. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları soyğunda iştirak etdikləri iddia olunan bir qrup şəxsi saxlayıblar.

Baqdasaryan özü isə hadisə ilə bağlı şərh verməkdən imtina edib. Bəzi məlumatlara görə, mənzildən bahalı zinət əşyaları, saatlar və s. oğurlanıb.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl baş verib.


SON XƏBƏRLƏR

18 Aprel 2025