• Bakı 19° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ermənistandakı Aİ missiyasının müddəti uzadılacaq

DÜNYA

29 Yanvar 2025 | 11:56

Ermənistandakı Aİ missiyasının müddəti uzadılacaq

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri bu gün Brüsseldə Ermənistandakı Aİ müşahidəçilər missiyasının müddətinin uzadılmasını müzakirə edəcək və qərar qəbul edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qərar layihəsinin təsdiq ediləcəyi təqdirdə, Aİ missiyası Ermənistanda daha iki il - 2027-ci il fevralın 19-dək qalacaq.

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalaraq 165 beynəlxalq və 44 erməni əməkdaşdan ibarət olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR