Günəşdə iki güclü partlayış qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının rəhbəri Sergey Boqaçov bildirib.
Məlumata görə, onlar bu ilin ən güclü aktivlik partlayışlarından birinə çevrilib.
Qeyd olunub ki, hesablamalara görə, partlayışdan yaranan kütləvi tullantılar dekabrın 31-də günün ortalarında Yerə çatacaq və Yeni il ərəfəsində də müşahidə oluna bilən auroralar görünəcək.
Alim qeyd edib ki, bundan əvvəlki iki partlayış Yer kürəsində may və oktyabr aylarında müşahidə edilib.
Mina Mikayılova