• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ruanda Prezidenti COP29-da iştirak edəcək

CƏMİYYƏT

31 Oktyabr 2024 | 15:25

Ruanda Prezidenti COP29-da iştirak edəcək

Ruanda Respublikasının Prezidenti Pol Kaqame COP29-da iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbulu zamanı deyib.

    Dövlət başçısı bu tədbirin önəminə toxunub, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu sahədə fəal iştirak etdiyini deyib.

    Çarlz Kayonqa Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlət başçısına çatdırıb və qeyd edib ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə gözləyir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Noyabr 2026