• Bakı 26° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

CƏMİYYƏT

30 Noyabr 2024 | 13:25

Sabahdan intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 1-i gündüzdən 3-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında leysan xarakterli intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025