• Bakı 14° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9334

    RUB - 2.0684

Pilot Aleksandrın adına təqaüd təsis ediləcək

CƏMİYYƏT

30 Dekabr 2024 | 07:13

Pilot Aleksandrın adına təqaüd təsis ediləcək

UkraynadaAzərbaycanınMilliQəhrəmanı, AZAL-ınAktauyaxınlığındaqəzayauğrayansərnişintəyyarəsininpilotlarındanbiriAleksandrKalyaninovunadınatəqaüdtəsisediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev feysbuk hesabında yazıb.

Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:

“Azərbaycanlılarının Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir”.

Qeyd edək ki, bundan əvvəl də sözügedən Akademiyanın sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adının veriləcəyi bildirilmişdi.

Xatırladaq ki, AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


SON XƏBƏRLƏR

30 Aprel 2025