• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xırdalanda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

HADİSƏ

31 Oktyabr 2024 | 21:10 | Müəllif: Subhan Mahmudov

Xırdalanda yaşayış binasındakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib. 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

20:40

Xəbər verildiyi kimi, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xiıasetmə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Nazirliyin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

20:27

Xırdalanda yaşayış binasında güclü yanğın başlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə APA-nın ərazidə olan əməkdaşı xəbər verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026